1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Filip Ozobiç: "Çempion olmaq istəyirik"
"Avropa Liqasında mübarizəni dayandırdıqdan sonra əsas diqqətimizi çempionata yönəldəcəyik. Ancaq hər iki turnirdə qələbə haqda düşünürük”. Bu fikirləri Sportnet.az-a açıqlamasında "Qəbələ”nin futbolçusu Filip Ozobiç bildirib.
Onun sözlərinə görə, bundan sonra da hər matça qələbə üçün çıxacaqlar: "Əfsuslar olsun ki, Fransa "Sent-Etyen"i ilə ötən oyunda da uduzduq və bizə lazım olan nəticəni qazana bilmədik. Hərçənd, hesabda irəlidə idik. Ancaq rəqib sonradan 2 qol vuraraq qalib gəldi. Bu, futboldur, belə şeylər olur. Uduzan da bütün komandadır, qalib gələn də. Ruhdan düşmürük və çempionatda uğurlu çıxışımızı davam etdirməyə köklənmişik. Çünki Azərbaycan çempionu olmaq istəyirik".
Xorvatiyalı yarımmüdafiəçi Avropa Liqasını da arxa plana keçirməyəcəklərini söyləyib: "Çünki ilk qələbəmizi qazanmaq istəyirik. Özü də son 2 matçın hər ikisində qalib gələrək reytinq xalını artırmaq istəyirik".
Qeyd edək ki, "Qəbələ" "Sent-Etyen"ə Bakıda 1:2 hesabı ilə uduzub.