1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PAOK-un futbolçusu: "Qarabağ" böyük komanda deyil"
"Qarabağ"la qarşılaşma çox çətin keçdi. Biz imkanlarımızdan yararlana bilmədik. Əvəzində rəqib bunu bacardı".
Sportnet.az-ın məlumatına görə, bunu Yunanıstan PAOK-unun futbolçusu Fernandu Varela Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"a evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
29 yaşlı müdafiəçi bildirib ki, doğma meydanda məğlubiyyət nə qədər məyusedici alınsa da, təslim olmamalı, sonadək mübarizə aparmalıdırlar: "Son 2 oyunda İtaliya "Fiorentina"sı və Çexiya "Slovan"ına qalib gəlməliyik. Bu nəticələrin bizi növbəti mərhələyə çıxaracağına ümid etməliyik. "Qarabağ"dan isə nə səfərdə, nə də evdə xal ala bildik. Lakin bu, hələ heç nə demək deyil. Qalan 2 oyunda qalib gələrək, rəqiblərimizə çata, bu qələbələrdən sonra başımızı qaldıra və özümüzə inam tapa bilərik".
Varelanın fikrincə, ictimaiyyətin tənqidləri azarkeşləri evdə sevindirə bilməməklə əlaqədardır. O, neqativ ab-havanı aradan qaldırmağın vacibliyini dilə gətirib: "Rəqibə hörmətlə yanaşırıq, amma "Qarabağ" böyük komanda deyil. Buna görə də insanların məğlubiyyətimizdən təəssüflənmələri və bizim kədərlənməyimiz normaldır. Amma nə etməli? Ağır işi davam etdirməli və bir olmalıyıq".
Qeyd edək ki, "Qarabağ" PAOK-u Bakıda 2:0, Salonikidə 1:0 hesabı ilə məğlub edib. 4 turdan sonra J qrupunda "Fiorentina" 10 xalla liderdir. "Qarabağ" 7 xalla 2-ci, PAOK 4 xalla 3-cü, "Slovan" 1 xalla sonuncudur.