"Qalib gəlmək üçün qol vurmaq lazımdır. Biz isə bu gün bir neçə qol şansını boşa verdik. Halbuki qol vurmalı idik”.
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Qəbələ”nin baş məşqçsi Roman Qriqorçuk AZAL-la oyundan (0:0) sonra deyib.
Ukraynalı mütəxəssis qeyd edib ki, AZAL artıq oyunun əvvəlində azlıqda qalmalı idi: "AZAL-ın 14 nömrəli oyunçusu bizim yerdə qalan futbolçumuza yerdə zərbə endirdi. Bu, dördüncü hakimin gözləri qarşısında baş verdi. Həmin futbolçu meydandan qovulmalı, 5 oyunluq da cəza almalı idi. Bu məsələni sona qədər araşdırmaq lazımdır. Məni 100 dəfə də meydandan uzaqlaşdırsalar, fikrimdən qalıram. Ötənmövsümkü hadisələr təkrarlanır? Bilmirəm” (futbolxeber.az).
















































































