Bakının "İnter" klubu sıralarına daha bir futbolçunu qatıb. Sportnet.az-ın məlumatına görə, dünən "İnter" 26 yaşlı yarımmüdafiəçi Nizami Hacıyevlə birillik müqavilə imzalayıb.
2010 və 2011-2013-cü illəridə "bankirlər"in şərəfini qoruyan Nizami Hacıyev yenidən "İnter"ə qayıdıb. N.Hacıyev "İnter"də 80 nömrəli forma altında çıxış edəcək. Hacıyevin adı bu gün "İnter"in PFL-dəki sifariş ərizəsinə təqdim olunacaq və o, sabah Premyer Liqanın ilk turunda öz keçmiş komandası "Qəbələ"yə qarşı forma geyinə biləcək.
Qeyd edək ki, Nizami Hacıyev "Qəbələ" ilə yollarını qarşılıqlı razılıq əsasında ayırıb.