1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəşad Sadıqov: "Ehtiyatlı olmasan cəzalanacaqsan"
"Vacib oyunlardan biri olacaq. Çünki bu rəqib bizimlə yanaşı qrupda iddialı yer üçün mübarizə aparır. Ona görə də şəxsi oyunda məğlub olmamaq üçün əlimizdən gələni etməliyik". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov deyib.
2018-ci dünya çempionatının seçmə qrup mərhələsində noyabrın 13-də Şimali İrlandiya ilə qarşılaşacaq yığmanın müdafiəçisi ehtiyatlı olmağın vacibliyini bildirib: "Şimali İrlandiya ilə əvvəl oynadığımız hər iki oyunda rəqib bizdən üstün olub, amma uduzmamışıq. Sadəcə onlar əlinə düşən fürsətlərdən istifadə edə bilməmişdi. Amma biz bu imkanlardan yararlanmışdıq. Rəqibə ehtiyatlı yanaşırıq. Bunun da əsas səbəblərindən biri odur ki, rəqib AVRO-2016-nın final mərhələsində çıxış edib. Üstəlik oyunumuz səfərdədir. İkincisi də hər bir rəqibdən ehtiyat edirik. Ehtiyatlı olmasan cəzalanacaqsan".
R.Sadıqov həm millinin, həm də çıxış etdiyi "Qarabağ"ın son zamanlar uğurlu çıxışından da söz açıb: "17 ildir ki, əsas liqada futbol oynayıram. Amma ilk dəfədir ki, belə bir hiss var. Həm klubumuz, həm də millimiz uğurlu çıxış edir. Hər birimiz çox ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, səfərdən yaxşı nəticə ilə qayıdaq".