Azərbaycan milli komandasının 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqibi olan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv qarşıdakı matçda rekorda imza atmaqda maraqlı deyil. Sportnet.az-ın məlumatına görə, təcrübəli mütəxəssis San-Marino yığması ilə səfər matçında darmadağına imza atmaqda maraqlı olmadıqlarını bildirib.
Bundestim 2006-cı ildə AVRO-2008-nin seçmə mərhələsi çərçivəsində bu rəqibi 13:0 hesabı ilə məğlub etməklə qitə birinciliyində rekord müəyəynləşdirib: "Yetirmələrim məhsuldarlıqda rekord etməyə hazırlaşmır. Onda hər zərbə qol olardı. Rekordu qırmaq bizim komandanın məqsədi deyil".