
Ağdamın "Qarabağ" klubu daha 2 futbolçu transfer edib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bunlar "Bakı"nın yetirmələri Şəhriyar Əliyevlə Namiq Ələsgərovdur.
1992-ci il təvəllüdlü Əliyev sağ cinah müdafiəçisi, 1995-ci il təvəllüdlü Ələsgərov isə hücumçudur.Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qarabağ" daha öncə Danilo Dias, Tərlan Quliyev və Cavid Tağıyevlə müqavilə bağlayıb.