
Dünyada məhşur olan "Əl-Cəzirə” xəbər agentliyinin türk versiyası "Trabzonspor” barədə yazı dərc edib. Sportnet.az-ın məlumatına görə, saytda yer alan maraqlı statistikalardan biri Türkiyə təmsilçisinin qol vurduğu oyunlarla bağlıdır.
Azərbaycan milliisnin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Trabzon klubu qol vurduğu 5 matçın 3-ündə qalib gəlib, 1-də bərabərlik edib, 1-də məğlub olub. "Trabzonspor" "Osmanlıspor”, "Alanyaspor”, "Qaziantepspor”, "Kardemir Karabükspor” və "Antalyaspor”a qol vura bilmədən uduzub.
Yazıda qeyd olunub ki, komanda qol vurmaq baxımından ən zəif mövsümlərindən birini keçirir. Hücum xəttindəki passivlik "Trabzonspor”u çempionatda aşağı sıralara endirib.
Məlumatda həmçinin Şeydayevə baş məşqçi Ərsun Yanal tərəfindən geridə qalan həftələrdə bir dəfə belə olsa şans verilməməsi 2 dəfə vurğulanıb.
Qeyd edək ki, "Trabzonspor” 11 matçdan 11 xalla 13-cü pillədədir.