"Qəbələ" ilə hazırda davam edən Avroliqa matçın iştirakçısı olan "Anderlext"in kapitanı Yuri Tielemans tarixə düşüb. Sportnet.az-ın məlumatına görə, 19 yaşlı müdafiəçi Belçika klublarının avrokuboklarda Azərbaycan təmsilçilərinə onun meydannda qol vuran ilk futbolçu olub. Belçikalı futbolçu bunu "Bakcell Arena"dakı matçın 11-ci dəqiqəsində hesabı açmaqla reallaşdırıb.
Maraqlıdır ki, bu ölkənin təmsilçiləri ndiyədək klublarımıza səfərdə bir qayda olaraq eyni - 0:1 hesabı ilə uduzub. Özü də bunlar Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçlarda olub. "Anderlext" "Neftçi" və "Qarabağ"a bu hesabla yenilib. "Neftçi" "Jeminal"ı, "Qarabağ" isə "Brügge"ni 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, klublarımız avrokuboklarda Belçikada heç vaxt qalib gələ bilməyərək əksər vaxt uduzub. Yalnız 1 dəfə "Neftçi" "Jerminal"la 1:1 hesablı bərabərliyə qalıb.