
Avropa Liqasının pley-off mərhələsində Azərbaycanı təmsil edən Ağdamın "Qarabağ" klubunun avqustun 21-də "Tvente"yə qarşı keçirəcəyi matçının başlama saatı açıqlanıb. Sportnet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 28-i Hollandiyada keçiriləcək.