Gürcüstan çempionatında XII turun oyunları başa çatıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisinin sabiq müdafiəçisi Rasim Ramaldanovun çıxış etdiyi "Kolxeti" səfərdə "Dila" ilə qarşılaşıb.
Görüş meydan sahibinin minimal hesablı qələbəs ilə bitib - 1:0. Start heyətdə meydana çıxan Ramaldanov 47-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Kolxeti" çempionatda öz qrupunda 7 klub arasında 18 xalla 4-dür.