1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Deniz Yılmaz qol vurmağı unudub"
Türkiyə Super Liqasının XII turunda keçirilən "Qalatasaray" - "Bursaspor" (3:1) matçı yerli mətbuatda geniş yer alıb.
Sportnet.az-ın məlumatına görə, bu ölkənin mediasında Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmaz tənqid edilib.
Türkiyəli həmkarlarımız "Bursaspor"un hücumçusunun qol vurmağı unutduğunu qeyd edib:
"Ötən mövsüm 13 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan Deniz Yılmaz bu mövsüm qol vurmağı unudub. 28 yaşlı hücumçu uzunmüddətli zədənin ardından 7-ci həftədə baş tutan "Osmanlıspor" matçı ilə geri dönüb. Sonuncu dəfə ötən mövsümün 33-cü həftəsindəki "Konyaspor" qarşılaşmasında fərqlənən futbolçu cari mövsümdə qol hesabını aça bilməyib".
Qeyd edək ki, Yılmaz milliyətcə türk olsa da, Almaniyada doğulub boya-başa çatıb və futbolda ilk addımlarını orada atıb. 28 yaşlı hücumçu 2013-cü ildən karyerasını Türkiyədə davam etdirir. Deniz Azərbaycan vətəndaşlığını qəbul etdiyinə görə hazırda klubunda legioner sayılır.