1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Şükürov: "Neftçi"nin vəziyyəti acınacaqlıdır"
"Gəncədəki oyuna ciddi yanaşmışdıq. Bizə xal lazım idi. Meydanın vəziyyəti komandamızın öz oyununu göstərməsinə imkan vermirdi".
Sportnet.az-ın Gəncəyə ezam olunmuş əməkdaşının məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Mahir Şükürov Azərbaycan Premyer Liqasının XIII turunda "Kəpəz"ə səfərdə 0:2 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, "Kəpəz" kimi rəqiblə o qədər də yaxşı olmayan qazondakı oyunda mübarizlik göstərmək lazımdır: "Gərək belə matçda ancaq mübarizə, müharibə aparasan. Rəqib yüzfaizli qol imkanlarını istıfadə etdi, biz isə yox. Belə oyunda əlinə düşən imkandan yaralanmaq lazımdır".
Şükürov oyunda komanda yoldaşlarından fərqli olaraq mübarizliyi ilə seçilməsi fikrinə belə münasibət bildirib: "Bunu kənardan siz daha yaxşı görürsünüz. Həmişə meydanda 100 faiz gücümü qoymuşam. Oyunum məşqçilər korpusuna da bələddir. Ancaq tək mənlə iş bitmir".
Msahir "Neftçi"nin indiki halına acıyır: "Əlbəttə, komandamızın hazırkı vəziyyəti acınacaqlıdır. Ona görə ki, "Neftçi" tarixində bu qədər qol buraxmamışdı. Mən özüm də pis olmuşam. Çempionatda ilin sonunadək 1 oyunumuz qalıb. Bir də kubok matçlarımız. Son turda AZAL-la evdə oynayacağıq. Qalib gələrək qış fasiləsinə normal vəziyyətdə çıxmağa çalışacağıq. Güclənməsək, mümkün deyil. Hamı, rəhbərlik də bunu görür".
Seymur Kərimli, Gəncə