AZAL Premyer Liqada ardıcıl 2-ci turdir legionerinə görə zərbə alır. Sportnet.az-ın məlumatına görə, "təyyarəçilər"in yenə də legioneri meydandan qovulub.
Ötən tur "İnter"ə 0:3 hesabı ilə uduzduqları matçda çinli Brayan Fok, "Sumqayıt"la 1:1 hesabı ilə nəticələnən ev oyununda meksikalı Adan Koronado qırmızı vərəqə alıb. Hər 2 halda əcnəbi yarımmüdafiəçilər 2-ci sarı vərəqəyə görə meydandan çıxarılıblar. Bu isə onların AFFA-nın İntizam Komitəsi tərəfindən 1 oyunluq cəzalandırılması deməkdir.