Azərbaycan Premyer Liqasının XIII turunda səfərdə AZAL-la 1:1 hesablı bərabərə qalan "Sumqayıt”ın baş məşqçisi Samir Abasov matçdan sonra mətbuat konfransı keçirib. Sportnet.az-ın məlumatına görə, 38 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıbş
- Bu gün autsayderlə oyunda vacib xallar itirdiniz...
- Heyfslənirəm. Bu gün 2 xal itirdik. Gələcəkdə bu xalların nəticəsini görəcəyik. Bu gün burdan 3 xalla qayıtmaq istəyirdik. Belə oyunlarda xal itirmək istəməzdik. Ancaq məğlubiyyətdənsə 1 xal qazanmaq da yaxşıdır. Bu gün çox çalışdıq. Bunun da bəhrəsini gördük, xal qazandıq.
- İlk hissədə yaxşı təsir bağışlamadız. Bu nə ilə bağlı idi?
- Deməzdim ki, ilk hissədə pis oynadıq. Sadəcə, oyunçular çox top itirirdilər. Bizim cinah müdafiəçilərimiz hücuma qoşulsa da, sonda topu rəqib müdafiəçilərə verib geri qayıdırdılar. Bu üzdən hücumlar təhlükəli alınmırdı.
- Məhəmməd Qurbanov niyə 90 dəqiqə oynadı?
- Məhəmməd ilk hissədə çox top itirsə də, yaxşı top saxlaya bilir. Ancaq məşqçi olaraq ona etibarım var. Əlmizdən gələni edirik ki, formasını bərpa etsin. Oyunun sonlarında məcbur olub Vurğun Hüseynovu da hücuma buraxdıq.