Yunanıstan Super Liqasında IX turun oyunları başa çatıb.
Sportnet.az-ın məlumatına görə, PAOK klubu son oyun günündə doğma meydanda "Atromitos"u qəbul edib. Qarşılaşma 73-cü dəqiqədə "ağ-qaralar"ın futbolçusu Joze Kanasın qırmızı vərəqə almasından sonra dramatik hal alıb. Həmin anadək 3:1 hesabı ilə öndə olan ev sahibləri qapılarında ardıcıl 3 qol görüblər. Görüş "Atromitos"un 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, PAOK 9 turdan sonra 11 xalla 16 komanda arasında 10-cu yerdədir.