1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"dən cari mövsümdə ilk dəfə
"Qəbələ" klubu cari mövsümdə ilk dəfə meydanı xalsız tərk edib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ"la səfər matçında 1:2 hesabı ilə uduzan "qırmızı-qaralar" mövsümdə ilk dəfə xalsız qalıb.
Roman Qriqorçukun rəhbərlik etdiyi komandanın son yenilgisi ötən mövsümün XXXIV turuna təsadüf edib. Həmin vaxt da "Qarabağ"la səfər oyununda xalsız qalan qəbələlilər 0:2 hesabı ilə uduzub. Mayın 11-dəki məğlubiyyətdən sonra "qırmızı-qaralar" keçirdiyi 14 qarşılaşmada 10 qələbə qazanıb, 4 heç-heçə edib.
202 gündən sonra xalsız qalan əyalət klubu öz tarixində 3-cü nəticəyə imza atıb. "Qəbələ" 2011-ci ildə ardıcıl 16 görüşdə uduzmayıb ki, bu rekordu təkrarlamaq üçün komandaya iki matç çatmayıb. Ötən il isə "qırmızı-qaralar" 15 oyundan ibarət seriyaya imza atıb.