1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"ın rəqibində baş məşqçi problemi
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "Fiorentina"sında işlə yolunda getmir. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Paulu Souzanın vəziyyəti ürək açan deyil.
A Seriyasının sonuncu turunda səfərdə "İnter"ə məğlub olan (2:4) Florensiya təmsilçisinin azarkeşləri baş məşqçiyə etirazlarını bildirir. Baş məşqçiyə etiraz etmələrinə baxmayaraq, azarkeşlər komandanı dəstəkləməyə hazır olduqlarını açıqlayıb. "Il Corriere dello Sport" nəşrinin iddiasına görə, azarkeşlər baş məşqçiyə qarşı fan-klub açmaq niyyətindədir.
Klub rəhbərliyi komandanın bu günkü məşqini azarkeşlər üçün açıq edib. Azarkeşlərin məşq zamanı portuqaliyalı mütəxəssisə qarşı şüarlar səsləndirəcəyi gözlənilir. Klub isə ən azı bu mövsümün sonunadək azarkeşlərdən səbr etmələrini istəyir.
Klub prezidenti Dieqo Della Valle isə qərar verməyə tələsmir. Onun qərarının ölkə çempionatında "Palermo" və "Sassuolo", Avropa Liqasının qrup mərhələsinin son oyununda isə "Qarabağ"la qarşıılaşmadan sonra qərar verəcəyi gözlənilir.
Qeyd edək ki, 13 turdan sonra 20 xalla 9-cu pillədə qərarlaşan "Fiorentina" Avropa Liqasının J qrupunda 5 oyundan 10 xal toplayaraq birinci pillədə qərarlaşıb. İtaliya klubu son oyununu dekabrın 8-də Bakıda "Qarabağ"a qarşı keçirəcək.