1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
PFL-dən "İnter"ə sükut icazəsi
Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "İnter" - "Qaradağ Lökbatan" oyunundan öncə bir dəqiqəlik sükut elan olunacaq. Sportnet.az-ın məlumatına görə, bu barədə "Report"a "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov açıqlama verib.
O bildirib ki, anım tədbiri içərisində Braziliyanın "Şapekoense" klubu üzvlərinin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirmiş "İnter"in sabiq müdafiəçisi Filipe Maçado üçün nəzərdə tutulub: "Məsələ ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etdik. Qurum müraciətimizi müsbət cavablandırdı. Oyundan öncə bir dəqiqəlik sükutla sabiq futbolçumuzu yad edəcəyik".
Dekabrın 2-də "İnter Arena"da keçiriləcək qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Kolumbiyada baş vermiş təyyarə qəzasında dünyasını dəyişən Braziliyanın "Şapekoense" komandasının üzvü Filipe Maçado 2009-2010 mövsümünün ikinci, 2010-2011 mövsümünün ilk yarısında "İnter"də çıxış edib.