"Hesab edirəm ki, "Qarabağ" - "Qəbələ" matçı çempionatın ən gözəl oyunu idi. Komandalar sürətli və yüksək səviyyəli futbol nümayiş etdirdilər. Sanki Avropa Liqası matçına baxırdıq. Baş hakim Rəhim Həsənovun xırda səhvlərini çıxmaq şərti ilə normal idarə etdi. İdarəçiliyini qiymətləndirsəm, balını açıqlamasam da, məncə, normal idarə etdi". Sportnet.az-ın məlumatına görə, bu fikirləri AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov "CBC Sport"da televiziyasında "Üçüncü hissə" proqramında bildirib. Onun sözlərinə görə, FİFA hakimi Rəhim Həsənovun Azərbaycan Premyer Liqasının XIII turunda baş hakimi olduğu "Qarabağ" - "Qəbələ" matçında ciddi xətaları olmayıb: "Bəzi oyunlarda həqiqətən də səhvlər olub. Nə qədər hakim səhvindən xal qazandıqlarını "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk heç deməyib. Halbuki, bu il 3 dəfə "Qəbələ" hakim səhvindən xal qazanıb. Bunlar "Sumqayıt", "Zirə" və "AZAL"la matçlarda olub. "Qəbələ" rəsmiləri özləri də bilirlər. Biz bütün xətaları hakimlərə seminarda göstəririk. Biz "Qəbələ"nin yolunu kəsmirik. Hakimlərə şər atmayın. Heç bir hakim heç bir kluba qarşı qərəzli davrana bilməz. Belə olsa, "Qəbələ"nin leyhinə qərar verilməz".
Məmmədov mərkəzi oyundakı penaltidə hər kəsin öz mövqeyindən çıxış etdiyini söyləyib: "Hakim penaltini təyin edərkən nəyə əsaslanıb? Futbolçunun əli qeyri-təbii vəziyyətdə dayanıb. Əl yuxarıdadırsa, istənilən halda, penaltidir. Özün topdan qorusa, dönə bilərdi. Əlinin köməyiylə topu saxlayır. Top əli ilə başı arasında qalıb. Deməli, topun önünü kəsib. Bu qayda pozuntusudur.
Çempionluq uğrunda mübarizə hələ indi başlayıb. Heç bir hakim onların qarşısını ala bilməz".
Komitə sədri "Qəbələ"yə qarşı edilən xətalarla razılaşdığını deyib: "Burda hakimlərimiz tez-tez eyni klubların oyunlarını idarə edirlər. Psixoloji cəhətdən təzyiqə məruz qalırlar. Ötən mövsüm Əliyar Ağayev üçün uğursuz oldu.
Azərbaycan futbolunda bunu heç kim başa düşmür. Oyunun sonuna neçə dəqiqə artırılması hakimdən aslıdır. Hakim nəyisə baş verərkən saniyəölçənini saxlayıb. "Qarabağ" hücuma keçəndə, hakim oyunu bitirsə, əla olardı. Çünki evdə oturub oyunu izləyəndə də ürəyimdə bu sözü dedim. Mən oyunda stadionda deyildim. Evdən epizodlara baxıb dəftərimə qeyd edirdim".
Keçmiş FİFA referisi meydandan qovulan oyunçunun soyunub-geyinmə otağında olmalı olduğunu bəyan edib. Ancaq məlum olduğu kimi, "Qarabağ"ın qırmızı vərəqə alan braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda meydanın kənardında olub: "Bu, ehtiyat hakimin metodiki səhvidir. Baş hakim Almeydanı birbaşa çıxışa göndərməli idi".
Məmmədov AFFA-nın İntizam Komitəsinin qərarlarından xəbərsiz olduğunu etiraf etməklə diqqət çəkib: "Hesab edirəm ki, "Qarabağ"ın Şahrudin Məhəmmədliyev qolu həddən artıq şadyanalıqla qeyd edib. Obyektiv olmaq lazımdır. Oyundan sonra meydanda "Qəbələ" tərəfdən təkcə Səbuhi Səfiyarlını gördüm. Dəhlizdə nələr baş verib bundan xəbərsizəm.
İkinci dəfədir ki, hakimlərin adından sosial şəbəkələrdə istifadə edirlər. Onlara "Facebook"da olmağa qadağa qoymuşuq. Mən özüm də yoxam və hakimlərə də bunu tövsiyə edirəm".
AFFA rəsmisi heç bir hakimin səhvdən sığortalanmalıdığını söyləyib; "Dünyanın hər yerində bu, belədir. Amma bu, o demək deyil ki, hakimin üstünə gedib ona təzyiq göstərməliyik. Klublardan xahiş edirəm ki, futbol qaydalarını oxuyub maarriflənsinlər. Narazılıqları başa düşürəm. Amma meydanda alınan sarı vərəqələrin 99%-i elementar xətalardan alınır.
Mən hakimi yox, hakimin qəbul etdiyi qərarı dəstəkləyirəm"