1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Nicat Qurbanov: "Səviyyə açıq görünür"
"Ağır oyun keçdiyini deməzdim. I Dizivionla Premyer Liqa arasında səviyyə fərqi açıq görünür". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Nicat Qurbanov Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Şahdağ"la keçirilən oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
Yarımmüdafiəçi komandanın məqsədinə çatdığını bildirib: "Əsas olan mərhələ adlamaq idi və biz də bunu əldə etdik. Növbəti mərhələdə "İnter"lə qarşılaşacağıq. Rəqibin adı oyunun nə qədər məsuliyyətli keçəcəyindən xəbər verir. İlk oyunda səfərdə sərfəli nəticə qazanıb ikinci oyunda hər şeyi həll etməliyik. Diqqətimizi həm çempionata, həm də kuboka yönəltmişik. Bu yarışlar arasında fərq yoxdur. Nəzərə alaq ki, hər iki komanda iddialıdır. Çalışacağıq ki, mərhələ adlayan tərəf biz olaq".
Qeyd edək ki, "Kəpəz" 1/8 finalda "Şahdağ" üzərində 5:1 hesablı qələbə qazanaraq mərhələ adlayıb. Gəncə təmsilçisinin 1/4 finaldakı rəqibi Bakının "İnter" klubu olacaq.