1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ" AZAL-la qarşılaşacaq
Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qəbələ" evdə I divizion təmsilçisi "Zaqatala"nı qəbul edib. Sportnet.az-ın məlumatına görə, Premyer Liqanın liderlərindən olan "qırmızı-qaralar" çətin qələbə qazanıb.
Oyunda qalibi müəyyənləşdirmək üçün əlavə vaxt təyin olunub. Çünki 90 dəqiqəlik mübarizə 2:2 hesabı ilə nəticələnib. Oyunda hesabı 12-ci dəqiqədə meydan sahiblərinin serbiyalı müdafiəçisi Vojislav Stankoviç açıb. Qonalqar bundan 20 dəqiqə sonra Sərxan Abdullayevlə bərabərlik qolunu vurub. "Qəbələ" 45+1-ci dəqiqədə Rəşad Eyyubovun penalti zərbəsi ilə hesabda yenidən irəli çıxıb. Qarşılaşmanın 64-cü dəqiqədə Orcuc Balaşlı "Zaqatala"nın növbəti dəfə hesabı bərabərləşdirməsinə imkan yaradıb.
Təyin olunan 30 dəqiqəlik əlavə vaxtda qol vurulmayıb. "Qəbələ" oyunsonrası penaılti seriyasında 4:1, ümumilikdə 6:3 hesabı ilə qalib gələrək sensasiyaya imkan verməyib. Roman Qriqorçukun komandasının 1/4 finalda rəqibi AZAL olacaq.