Azərbaycan Kubokunun 1/4 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, ən maraqlı cüt kimi "Zirə" - "Neftçi" qarşılaşmasını qeyd etmək olar. Çünki "ağ-qaralar" indiyədək rəqibini heç vaxt məğlub edə bilməyib. "İnter"lə "Kəpəz"in dueli də maraq doğurur.
Bu mərhələdən başlayaraq qalib 2 oyuna əsasən müəyyənləşəcək. Matçlar dekabrın 11-13-ü və 20-21-də keçiriləcək. İlk qarşılaşmalar birinci adı göstərilən komandaların meydanında keçiriləcək.
1/4 final mərhələsi
"Zirə" – "Neftçi"
"Qarabağ"– "Sumqayıt"
"İnter" – "Kəpəz"
"Qəbələ" – AZAL