1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rahid Əmirquliyev: "Baş məşqçi qadağa qoyubsa, nəsə var" - MÜSAHİBƏ
"Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev Azərbaycan Kubokunda "Səbail"lə oyundan sonra müsahibə verib. Sportnet.az-ın matçda olan əməkdaşının məlumatına görə, təcrübəli yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.
- Gözlənildiyi kimi, asan qələbə qazandınız...
- Asan oyunlar olmur. Bütün matçlara olduğu kimi, "Səbail"lə qarşılaşmaya da ciddi hazırlaşmışdıq. Qalib gəlib mərhələ adlamaq istəyirdik. Buna da nail olduq. Ancaq rahat oyun olmadı.
- Qollar vurulan futbolçular sevinmədi. İlk qolda ümumiyyətlə, sifətinizdə mimika dəyişmədi. Bu, nədən irəli gəlir?
- Deməzdim ki, vurduğumuz qollara sevinmirdik. Hamımız bir yerə yığşaraq qolu qeyd edirdik. "Səbail"lə matça məşqə olduğu kimi çıxmamışdıq. Ola bilsin kiminsə mimikası dəyişməyib. Buna fikir vermədim. Ancaq özüm həmişəki kimi qola sevinirdim.
- Növbəti mərhələdə "Sumqayıt"la qarşılaşacaqsınız...
- Bu matçdan öncə bizi çətin oyun - Avropa Liqasında "Fiorentina" iə sınaq gözləyir. Ona yaxşı hazırlaşmalıyıq. Bundan sonra diqqətimizi "Sumqayıt"la kubok matçına yönəldəcəyik.
- "Fiorentina" ilə oyun öncəsi bu kubok qarşılaşması nə verdi?
- Bizim üçün fərqi yoxdur ki, bu, çempionat, yoxsa kubokdur. "Fiorentina" ilə matç öncəsi yaxşı oyun oldu. Baş məşqçi bir sıra futbolçulara şans verdi, onları yoxladı. Bu sınaq öncəsi yaxşı matç oldu, çoxlu qol vurduq.
- Baş məşqçiniz Avroliqa oyunları öncəsi futbolçulara müsahibə verməyə qadağa qoyur. Burda ciddi problem var? Futbolçunun verəcəyi müsahibənin oyuna nə təsiri ola bilər ki?
- Ola bilər ki, futbolçunun ancaq oyunu düşünməsini istəyir. Bunu Qurban Qurbanovun özündən soruşsanız, daha yaxşı olardı. Qadağa qoyubsa, yəqin nəsə var.
- Futbolçu kimi buna cavab verərdin ki, matçdan qabaq müsahibə verməyin oyununa təsir göstərirmi?
- Yəqin ki, baş məşqçi bütün diqqətimizin oyunda olmasını istəyir. Mən dəqiq deyə bilmərəm.
- "Qarabağ" "Fiorentina"nı məğlub edəcək gücdədirmi?
- Çox çətin olacaq. Güclü rəqibdir, ancaq futbolda mümkün olmayan şey yoxdur. Çalışacağıq ki, qalib gələk.
- "Fiorentina" növbəti mərhələyə vəsiqəni əldə etməyib. Etsəydi, "Qarabağ"a daha asan olardı...
- Ola bilər. Onda başqa heyət gələcəkdir. Ancaq yenə də bizim üçün fərqi yoxdur. Biz öz oyunumuzu oynamaq və qrupdan çıxmaq istəyirik.
- "Fiorentina" ilə matça vaxt azaldıqca təzyiq artırırmı?
- Təzyiq onsuz də var. Tarix yaza bilərik. Ən vacib oyunlardan biridir. Buna rəğmən, sakit tərzdə yaxşı hazırlaşmalıyıq. Əlbəttə, oyuna yaxşı köklənmək üçün təzyiqi kənara qoymalıyıq.
- "Xəzər Lənkəran"da səninlə birgə oynamış 2 futbolçu - Şəhriyar Xəlilovla braziliyalı Villiam Tieqo de Xesus dünyalarını dəyişdi. Bu, sənə necə təsir göstərdi?
- Çox pis oldum. Allah rəhmət eləsin, ailələrinə səbr versin Bu, həyatdır, hər insanın başına gələ bilər. Mənə çox pis təsir etdi. Şəhriyarla çox yaxın idim, dostum idi.