1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
İstanbul derbisində dava
Türkiyə Super Liqasının XIII turunda baş tutan "Fənərbağça” – "Beşiktaş” oyunu davasız ötüşməyib.
Sportnet.az-ın məlumatına görə, ilk hissənin sonlarında meydan sahiblərinin futbolçusu Josef de Souza rəqib oyunçu Tolqay Arslanın formasından çəkib dartıb.
Bunun ardınca qonaq futbolçular komanda şəklində braziliyalı oyunçuya etiraz ediblər. Nəticədə iki komanda arasında münaqişə yaşanıb.
Matçın baş hakimi Hüseyn Göçek ilk hissəni bitirən kimi soyunub-geyinmə otağının tunelində mübahisələr davam edib. Burada oyunçuların bir-birlərinə fiziki müdaxilələri baş verib. Hər iki komandanın texniki zona işçiləri dava iştirakçılarını ayıraraq mübahisənin böyüməsinin qarşısını alıb.
Qeyd edək ki, 0:0 hesabı ilə bitən qarşılaşmanın ardından 29 xalı olan "Beşiktaş” 2-ci, 25 xala malik "Fənərbağça” 3-cü sıradadır.