1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempionat oyununda partlayıcı maddə və 2 yaralı - FOTO-VİDEO
Fransa çempionatının XVI turunda "Mets" - "Lion" matçı yarımçıq dayandırılıb. Sportnet.az-ın məlumatına görə, buna azarkeşlərin meydançaya partlayıcı maddə atması səbəb olub.
Qarşılaşmanın 30-cu dəqiqəsində qonaqların qapıçısı Antonio Lopez zədələndiyi anda tibbi personal ona yardım etmək üçün meydançaya daxil olub. Bu zaman tribunalardan həmin tərəfə partlayıcı maddə atılıb. Nəticədə qapıçı və həkim xəsarət alıb. Fransa mətbuatı Lopezin xəstəxanaya aparıldığını yazıb.
Azarkeşlərin bu hərəkəti oyunun baş hakimi Lionel Jaffredonun qərarına etiraz etmələri ilə bağlı olub.
Qeyd edək ki, həmin vaxt meydan sahibləri hesabda 1:0 öndə olub.