1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
AZAL-ın gözlədiyi 216 gün
AZAL cari mövsümdə ilk qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, Premyer Liqada 13 turdan sonra qələbə üzünə həsrət Tərlan Əhmədovun komandası ölkə kubokunda istəyinə çatıb. Bu, I divizionun autsayderlərindən olan "Rəvan"la 1/8 finalda evdə 4:0 hesablı qələbə ilə əldə olunub.
"Təyyarəçilər" sonuncu dəfə ötən çempionatın XXXI turunda "Xəzər Lənkəran"la evdəki matçda meydanı qalib tərk etmişdi - 1:0. Bu, aprelin 30-da hazırda da heyətində olan gürcü yarımmüdafiəçisi Niqzar Kvirtiyanın vurduğu qolla olmuşdu. AZAL 216 gündən sonra qələbəyə sevinib.
"Təyyarəçilər" sonuncu böyükhesablı qəlbəsini elə Tərlan Əhmədovun vaxtında qazanıb. Bu, ötən çempionatı XXVIII turunda "Kəpəz" üzərində evdə 3:0 hesabı ilə olub.
Qeyd edək ki, AZAL cari çempioantda qalib gəlməyən yeganə komanda kimi turnir cədvəlinin son pilləsində qərarlaşıb. "Təyyarəçilər" bu il son turda "Neftçi"nin qonağı olacaq. Bunadəksə onu "Qəbələ" ilə 1/4 final mərhələsində ilk oyun gözləyir ki, bu da səfərdə keçiriləcək.