1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
"Boavişta"nın baş məşqçisi Kamran Ağayevin durumundan danışdı
Portuqaliya "Boavişta"sının baş məşqçisi Migel Leal Azərbaycan milli komandasının da üzvü olan zədəli qapıçısı Kamran Ağayevdən söz açıb. Sportnet.az-ın məlumatına görə, mütəxəssis çempionatın növbəti turunda "Pakoş de Ferreyra" ilə səfər matçında heyətdə itkilərin olduğunu bildirib.
Bunlar Ağayevlə yanaşı, Fabio Eşpinyodur: "Onun kimi Ağayevi də fasiləyədək oyuna qaytarmağa çalışacağıq. Ancaq çox güman ki, Kamran də oynamayacaq. Bizi qarşıda çətin matç gözləyir. Öz oyunumuzu göstərmək və meydana çıxanda yalnız qələbə haqda düşünürük. Azarkeşlərimizə müraciət edərək onlara komandaya dəstək olmağa, adəti üzrə "12-ci oyunçu" olmağa çağırıram".
Qeyd edək ki, millimizin yarımmüdafiəçisi Emin Mahmudovun da şərəfini qoruduğu "Boavişta" XII tur matçını sabah keçirəcək.