Borclarından qurtulmağa çalışan "Trabzonspor" klubu yeni problemlə üzləşib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi ölkədə dollar və avronun məzənnəzinin yüksəlməsi üzündən daha da borclanıb.
Buna səbəb futbolçuların maaşlarının xarici valyuta ilə verilməsidir.
Azərbaycan millisinin üzvü Ramil Şeydayev, Muhammet Demir, Onazi, Luis İbanez, Kastilyo, Matus Bero, Hyun Suk və baş məşqçi Ərsun Yanalın müqavilələrinin ümumi dəyəri 25 milyon 750 min avro edir. Bu məbləğ iyulun 1-nə olan məzənnə ilə 118 milyon 210 min, dekabrın 1-nə olan məzənnə ilə 152 milyon türk lirəsi edir.
Qardaş ölkədə xarici valyutanın məzənnəsinin hər gün artması ilə "Trabzonspor"un banka olan borcları da hər gün artır.