Ukrayna çempionatında XVII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Stal" klubu səfərdə Donetsk "Şaxtyor"unun qonağı olub.
Qarşılaşma "Şaxtyor"un 2:0 hesablı qələbəsiylə bitib.
Azərbaycan millisinin üzvü Pavel Paşayev "Stal"ın start heyətində meydana çıxıb və 90 dəqiqə meydanda qalıb.
Qeyd edək ki, Paşayevin komandası 14 xalla 12 komanda arasında 8-ci pillədədir.