Avropa Liqasının VI turunda "Qəbələ"nin Almaniyada "Maynts"a qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb. Sportnet.az-ın məlumatına görə, qarşılaşma Uelsdən olan hakimlərə həvalə olunub.
Oyunu Simon li Evans idarə edəcək.
8 dekabr
Avropa Liqası, qrup mərhələsi, VI tur
C qrupu
22:00. "Maynts" (Almaniya) - "Qəbələ" (Azərbaycan)
Baş hakim: Simon Li Evans
Yan xətt hakimləri: Qaret Vin Cones, Leviss Ross Edvards
Əlavə köməkçi hakimlər: Brin Marxam-Cones, Nik Pratt
Dördüncü hakim: Daniel Bekett (hamısı Uels)
Hakim-inspektor: Are Habiçt (Estoniya)
UEFA nümayəndəsi: Eamon Nauqton (İrlandiya)
Maynts. "Maynts Arena"