Bu gün "İnter"in və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov subaylığın daşını atıb. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçinin "Park Meridian"da hazırda gedən toy mərasiminin başlanğıcı maraqlı məqamla diqqət çəkib.
Milli alətlərlə instrumental musiqi səsləndirilib və musiqiçilər qeyri-adi - Abışovun əvvəllər çıxış etdikləri klubların formasında olublar. Bunlar "İnter"lə yanaşı, "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", millimiz və hətta Rusiyanın "Rubin" klubu olub. Ruslanın vaxtilə klipində çəkildiyi tanınmış müğənni Sevda Yəhyayeva da toyun əvvəlindən iştirak edir.
Abışovun "Rubin"də çxıış etdiyi bir necə futbolçunun və baş məşqçi Kurban Berdıyevin toyda videomüsahibəsi verilib. Tanınmış mütəxəssis keçmiş yetirməsini təbrik edib.
Toyda xeyli futbolçu iştirak edir ki, onların böyük əksəriyyəyi Ruslanın komanda yoldaşı olublar. "İnter"də birgə oydığı gürcü legioner Zurab Xizanişvili toya həyat yoldaşı ilə birgə gəlib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də mərasimdə iştrak edir. Ruslan "Neftçi"də oynadığı vaxtda Musayev klubun vitse-prezidenti olub.
Toya populyar müğənni Röya da gəlib. Onun gəlişi böyük maraqla qarşılanıb və toy iştirakçılarının çoxu əməkdar artistlə şəkil çəkdiriblər.
Allah xoşbəxt etsin!