1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "Şahdağ" elita klubundan bir qədər zəifdir"
"Meydana daxil olanda həyacan vardı, məncə, bu da təbiidir. Vaxt irəlilədikcə oyuna uyğunlaşdım. Təcrübəlilərin yanında oynadım, bu şansı yaratdığına görə baş məşqçi Şahin Diniyevə minnətdaram". məlumatına görə, bunu "Kəpəz"in gənc futbolçusu Qaraxan Əliyev klub saytına açıqlamasında Azərbaycan Kubokunun 1/8 finalında "Şahdağ"la keçirilmiş oyundan danışarkən deyib.
O, əvəzedici heyətdə çıxış edən futbolçuların hamısı əsas komandadan dəvət gözlədiyini bildirib: "Çalışacağam ki, daha tez-tez çağırılım. Məşqçilərimiz gənclərin oynamasına imkan verir və bu, bizim ürəyimizcədir. Odur ki, yenə əsas komandaya dəvət alacağıma ümid edirəm. Oyuna gəlincə, rəqib aqressiv komanda idi, hesab sizi aldatmasın, deməzdim ki, lap asanlıqla qələbə qazandıq. Növbəti mərhələyə vəsiqə əldə etdiyimiz üçün sevincliyik".
Komandanın daha bir gənc üzvü Əli Səmədov "Şahdağ"ın Premyer Liqa klublarından bir qədər zəif olduğunu bildirib: "Premyer Liqa oyunlarında meydana çıxsam da, kubok matçında ilk dəfə oynayırdım. Rəqibə hörmətlə yanaşıram, amma "Şahdağ” elita klublarından bir qədər zəifdir. Ona görə də çox da çətinlik çəkmədik. Yaxşı, mübarizəli oyun oldu. Bəlkə də daha çox qol vura bilərdik. İmkanlarımız oldu, alınmadı. 5:1 hesabı da yaxşı nəticədir. Qol da vura bilərdim, hücuma qoşulmuşdum, amma zərbəm dəqiq olmadı. "Kəpəz”də debüt etmişəm, qalır qol vurmaq. Yəqin ki, tezliklə bu arzuya da çataram. Oyundan-oyuna daha yaxşı çıxış etməyə səy göstərirəm”.
Əvəzedicilərdən cəlb olunan digər futbolçu Fərid Məmmədov isə gənclərin həmişə öz şanslarını gözlədiyini deyib: "Ümid edirdim ki, kubok matçında oynaya biləcəyəm. Meydana çıxandan sonra mənə yaradılan imkandan yararlanmağa, özümü göstərməyə çalışdım. Necə alındığını bilmirəm. Epizodların birində qol vurmaq üçün fürsət əldə etdim. Topa başla toxuna bilərdim, amma akrobatik tullanışla zərbə endirməyi seçdim. Qolun daha baxımlı olmasını istədim, son nəticədə topa bir az geçikdim. Qol olmasa belə azarkeşlər əməyimi qiymətləndirib məni alqışladılar. Adımın çəkilməsi məni ruhlandırdı. Fanatların dəstəyinə ehtiyacımız var, onlara təşəkkür edirəm”.