1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rəqibini təhqir edən futbolçuya 7 oyunluq cəza
AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Kubokunun 1/8 final oyunlarında baş verənlərlə bağlı qərarlar çıxarılıb. Sportnet.az-ın məlumatına görə, ən sərt cəza AZAL - "Rəvan" matçı ilə bağlı olub.
Görüşün 90+1-ci dəqiqəsində qonaq komandanın futbolçusu Zahid Quliyev aqressiv davranışa görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Bu vaxt o, rəqibin etnik mənsubiyyətinə qarşı təhqiramiz ifadəyə yol verib. İntizam Komitəsi Quliyevə 7 oyunluq cəza, "Rəvan"a isə 640 manat cərimə kəsib.
"Qarabağ” – "Səbail” matçının keçirildiyi "Azərsun Arena"da isə radio-informasiya 17 dəqiqə gec verilib. Bununla əlaqədar "Qarabağ”a xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə, klub cəzalanacaq.
"Qaradağ Lökbatan”la oyunda 4 futbolçusu sarı vərəqə alan "İnter", eləcə də "Zaqatala" ilə qarşılaşmada 5 futbolçusuna xəbərdarlıq edildiyi üçün "Qəbələ" klublarının hər birinə 800 manat cərimə tətbiq olunub.