Mauro Sarate İtaliyanın "Forentina" klubunda qalmaq istəyir. Sportnet.az-ın məlumatına görə, 29 yaşlı argentinalı hücumçu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində son rəqibində az oyun keçirsə də, bundan narahat deyil.
Saratenin agenti Fabio Firmani müştərisinin özünü Florensiyada gözəl hiss etdiyini və getmək istəmədiyini bildirib: "Mauro komandaya fayda verdiyinə görə şaddır. Onun "Fiorentina"ya gözlənilməz qələbələr əldə etməkdə kömək olması, əlbəttə, çox qürurvericidir. Ancaq açığı, biz Saratenin daha çox istifadə olunacağını gözləyirdik. Onun daha çox oynamaq istədiyi məntiqəuyğundur. Sarate transfer haqda heç düşünmür. O, özünü gözəl hiss etdiyi Florensiya şəhərinə ona çətin vaxtlnda göstərdiyi köməyə görə minnətdardır. Əlbəttə, komandada qərarı yanvarda dəyişə billər. Ancaq belə bir şey eşitməmişəm".
Qeyd edək k, Sarate cari mövsümdə 5 oyun keçirib və 2 qol vurub. Bu, "Qarabağ"ı evdə 5:1 məğlub etdikləri matçda dubl olub.