1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Deniz Yılmaz vurduğu 2 qolla üzərindəki stressi və təzyiqi atdı"
"Zədəsini sağaldan Deniz Yılmaz qol vura bilməməsinin yaratdığı stressə görə oyun baxımından istəniləni verə bilmirdi".
Sportnet.az-ın məlumatına görə, bu sözləri "Bursaspor" klubunun mətbuat xidmətinin rəhbəri Suat Paçacı Türkiyə mediasına açıqlamasında bildirib.
Azərbaycan milli komandasının futbolçusu Deniz Yılmazın Super Liqanın ötən turunda "Rizəspor"a evdə 2:1 hesabı ilə qalib gəldikləri matçda dubl etməsi ilə bağlı düşüncələrini bölüşən həmkarımız hücumçunun uzun müddət fərqlənə bilməməsinə toxunub: "Mən də daxil olmaqla bir çox "Bursaspor"lu Denizin bu həftə dincəlməsinin vaciblyini düşünürdü. Ancaq baş məşqçilik komandasına və oyunçusuna güvənmək deməkdir. Yılmaz bəzi matçlarda yaxşı oyun göstərməsə də, baş məşqçimiz Hamza Hamzaoğlu ona güvəndi və nəticə ortadadır. Denizin vurduğu 2 qolla üzərindəki stressi və təzyiqi atdığını düşünürəm".
Xatırladaq ki, Yılmaz 7 aydan sonra "Bursaspor"un heyətində fərqlənib.