Bu gün Azərbaycanın "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsində son oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, VI turda rəqib İtaliyanın "Fiorentina" klubu olub.
Tofiq Bəhramov adına keçirilən oyuna meydan sahibləri sürətli başlayıb. "Qarabağ"ın ilk dəqiqələrdə təşkil etdiyi hücumda Dino Ndlovu fərqlənə bilməyib. Hücumçu rəqib qapıçı ilə təkbətək çısa da, topu dirəyə vurub. Bir neçə dəqiqədən sonra rəqib futbolçunun zərbəsi də İbrahim Şehiçin qoruduğu qapının dirəyinə tuş gəlib. İlk hissə qolsuz bərabərliklə yekunlaşıb.
İkinci hissəyə isə qonaqlar aktiv başlayıb. Hücumların nəticəsində "Fiorentina" oyunun 60-cı dəqiqəsində hesabı açmağa müvəffəq olub. Veçino Matias topu tora qovuşdurub. "Qarabağ"ın cavab topu isə özünü çox gözlətməyib. 62-ci dəqiqədə Rahid Əmirquliyevin əvəzinə meydana daxil olan Reynaldo 11 dəqiqə sonra fərqlənib - 1:1. Lakin bu da oyunda vurulan son qol olmayıb. Meydan sahiblərinin qol sevinci cəmi 3 dəqiqə çəkib. Federiko Kyesa matçın 76-cı dəqiqəsində fərqlənməklə komandasını hesabda önə çıxarıb. 83-cü dəqiqədə isə Maksimilyano Olivera kobud oyuna görə qırmızı vərəqə alaraq meydandan qovulub.
Qarşılaşma bu hesabla da başa çatıb.
Bununla da Azərbaycan təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Bu nəticə ilə "Fiorentina" (13 xal) birinci, Çexiya "Slovan"ı ilə oyunda qələbə qazanan (2:0) Yunanıstan PAOK-u (10 xal) isə ikinci pillədə 1/16 final mərhələsinə vəsiqə qazanıb. "Qarabağ" qrup mərhələsində 7 xal toplayıb
8 dekabr
Avropa Liqası, qrup mərhələsi, VI tur
J qrupu
20:00. "Qarabağ" (Azərbaycan) - "Fiorentina" (İtaliya) - 1:2
Qol: Reynaldo, 73 - Matias Veçino, 60. Federiko Kyesa, 75
Qırmızı vərəqə: Maksimilyano Olivera, 15
"Qarabağ": 13.İbrahim Şehiç 2.Qara Qarayev 6.Dino Ndlovu 10.Muarem Muarem (22. Əfran İsmayılov, 46), 14.Rəşad Sadıqov 15.Rahid Əmirquliyev (9. Reynaldo Silva, 62) 18.İlqar Qurbanov 20.Riçard Almeyda 25.Ansi Aqolli 55.Bədavi Hüseynov 99. Dani Kintana
Ehtiyat oyunçular: 1.Bojan Saranov 9.Reynaldo 11.Mahir Mədətov 21.Arif Daşdəmirov 22.Əfran İsmayılov 32.Elvin Yunuszadə 91.Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
"Fiorentina": 12.Çiprian Тeteruşanu 2.Qonsalo Rodriges 5.Milan Badel 8.Matias Vesino 10.Federiko Bernardeski 13.David Astori 15.Maksimiiano Olivera 19.Sebastian Kristofor (20. Borxa Valero, 61)25.Federiko Kyesa 30.Xuma Babakar (9. Nikola Kaliniç, 51) 40.Nenad Tomoviç
Ehtiyat oyunçular: 1.Luka Letserini 6.Karlos Sançes 7.Mauro Sarate 9.Nikola Kaliniç 18.Karlos Salsedo 20.Borxa Valero, 72.Yosip İliçiç
Baş məşqçi: Paulu Souza
Baş hakim: İvan Bebek
Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Əlavə köməkçi hakimlər: Ante Vuçemiloviç-Simunoviç, Qoran Qabrilo
Dördüncü hakim: Qoran Pataki (hamısı Xorvatiya)
Hakim-inspektor: Vasili Melniçuk (Ukrayna)
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu