Fransanın "Nant" klubunun yeni baş məşqçisi açıqlanıb. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu, Portuqaliya yığmasının sabiq futbolçusu Serjiu Konseysaudur.
42 yaşlı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. "Nant"ın əvvəlki baş məşqçisi Rene Jirara olub. Onun istefasından sonra həmin vəzifə müvəqqəti olaraq, Filipp Maoya tapşırılıb.
Qeyd edək ki, hazrda "Nant" Liqa 1-də 16 turdan sonra sondan əvvəlki - 19-cu yeri tutur. Əvvəllər Serjiu Konseysau yalnız Portuqaliya klublarında - "Olyanensi", "Akademika", "Braqa" və "Vitoriya"da çalışıb.