1 | Qarabağ | 19 | 50 |
2 | Araz-Naxçıvan | 19 | 39 |
3 | Zirə | 19 | 33 |
4 | Turan Tovuz | 19 | 32 |
5 | Sabah | 19 | 27 |
6 | Sumqayıt | 19 | 20 |
7 | Neftçi | 19 | 18 |
8 | Şamaxı | 19 | 17 |
9 | Kəpəz | 19 | 14 |
10 | Səbail | 19 | 12 |
Ətraflı |
Roman Qriqorçuk: "Möcüzə baş vermədi, hamıdan zəif idik"
"Bugünkü oyunda "Maynts"ın qələbəsi tam qanunauyğun idi. Meydanda sürət baxımdan aşkar səviyyə fərqinin, rəqibin daha güclü olduğu görünürdü". Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının qrup mərhələsinin son turunda "Maynts"a səfərdə 0:2 hesabı ilə məğlub olduqları görüşdən sonra "İdman Azərbaycan"a açıqlamasında bildirib.
Rəqibi qələbə münasibətilə təbrik edən ukraynalı mütəxəssis uduzmalarına baxmayaraq yetirmələrindən razı qaldığını söyləyib: "Futbolçularımın hamısına "çox sağ ol" deyirəm. Bu həm gördükləri işə, həm avrokubok mövsümünə görədir. Onlar çox ciddi iş gördülər. Bu məğlubiyyətə baxmayaraq, oyunçularımı çox üzülməməyə, başlarını uca tutmağa çağırıram. Ümid edirəm ki, yetimələrim çox şeyi öyrəndirlər. Bu, gələcəkdə bizə inkişaf etməyə kömək edəcək".
Qriqorçuk oyunun sonuna meydana buraxdığı gənc futbolçular Roman Hsüseynovla Elvin Camalovdan söz açıb: "Düşünürəm ki, bu, onlar üçün çox yaxşı hadisədir. Meydanda çox olmasalar da, belə bir stadionda güclü rəqibə qarşı oynaya, böyük futbolun, çox yüksək sürəti hiss edə bildilər. Fikrimcə, bunun onlara böyük faydası olacaq. Biz bu addımları ona görə atırıq ki, gənclər nəyə can atmalı olquqlarını başa düşsünlər".
Ukraynalı mütəxəssis gələcəkdə bağlı proqnoz verməyin mümkün olmadığını deyib: "Qrupdakı çıxışımızın təhlilinə gəlincə, belə deyərdim ki, heç bir qeyri-adi şey, möcüzə baş vermədi. Sadəcə, biz hamıdan zəif idik. Mən başa düşürəm ki, hər 3 rəqibimiz bizdən əhəmiyyətli dərəcədə yüksək səviyyədədir. Çox yaxşıdır ki, biz bu səviyyəni gördük. Futbolçular başa düşməlidir ki, nəyə can atmalıdırlar və böyük futbol oynamaq üçün nə etməlidirlər”.