UEFA 19 yaşadək futbolçulardan ibarət yığma komandalar (U-19) arasında 2019 və 2020-ci illərdə final mərhələsinin keçiriləcəyi ölkələri açıqlayıb. Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumunun İcraiyyə Komitəsi həlledici oyunların həmin illərdə müvafiq olaraq Erməsnitanda və Şimali İrlandiyada keçirilməsi ilə bağlı qərar çıxarıb.
Bu isə o deməkdir ki, Azərbaycanın U-19 yığması 3 il sonra final mərhələsinə çıxarsa, ilk dəfə bu turnirə ev sahibliyi edəcək Ermənistana yollanmalı olacaq. Şimali İrlandiya isə 2005-ci ildə U-19-ların final mərhələsinin oyunlarını qəbul edib. Onda bu ölkənin yığması qrupda keçirdiyi hər 3 oyunda məğlub olub.
Qeyd edək ki, Azərbaycan indiyədək U-17-lərin Avropa çempionatının final mərhələsinə ev sahibliyi edib. Bu ilin mayında keçirilən həmun məsul yarışda çıxış edən Təbriz Həsənovun baş məşqçisi olduğu komanda 3 xalla qrupda 3-cü yeri tutub. Həsənov bir müddət öncə elə U-19-a baş məşqçi təyin olunub.