"Türk məşqçilər niyə xaric getmir? Bizə təklif haradan gəlir? Dubaydan, Azərbaycandan, İrandan...".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri tanınmış türkiyəli mütəxəssis Yılmaz Vural bildirib. İndiyədək 26 klubda çalışmış təcrübəli mütəxəssis bir yerdə uzun müddət qərar tuta bilməməsi və emosionallığı ilə seçilir.
Vuralın sözlərinə görə, türkiyəli məşqçilərin böyük uğurlarının olmaması onların xaricə yolunu kəsir: "Uğurlu karyeran yoxdursa, niyə səni gətirsin? İsveçin "Malmö" klubu ilə danışdıq, ancaq son anda olmadı. Səni nəzərdən keçirirlər, sosial mediada araşdırırlar. "Oldu" deyirlər, ancaq yekunda müsbət cavab vermirlər".
O, "Fənərbağça"nın prezidenti Əziz Yıldırıma da "ilişib": "Onunla kimsə işləməz. Əziz bəy hər şeyi bilir, hər şeyə müdaxilə edir. Mən orada 3 gün qalmaram. Yıldırım da mənimlə işləyə bilməyəcəyini anlayır".