Azərbaycan onun üçün başa çatan Avropa Liqasının qrup mərhələsində qol vuran futbolçularının sayı yüksəlib. Sportnet.az-ın məlumatına görə, qrupda ilk dəfə bu mövsüm "Qəbələ”nin "Qarabağ”ın heyətində fərqlənən Ruslan Qurbanovla ispaniyalı Migel Madera 2 qolla bombardilər siyahısında liderlər qrupunda lider alıblar.
Onlarla bərabər bu sayda qola imza atanlar braziliyalı Dodo ("Qəbələ”), çilili Nikolas Kanales ("Neftçi”), braziliyalı Riçard Almeyda və ispaniyalı Dani Kintanadır (hər ikisi "Qarabağ"). Göründüyü kimi, ən sərrast oyunçular arasında yerli futbolçu yalnız Qurbanovdur. Millimizin hücumçususunun bu mövsüm avrokuboklarda "Neftçi"də də fərqləndiyini nəzərə alsaq, 3 qolla bombardir olub. Yeri gəlmişkən, Ruslan bu il milllmizdə də qol hesabını açıb və umumiyyətlə, beynəlxalq oyunlarda 4 qolla ən sərrast yerli futbolçumuzdur.
Təbii k, qrupda ən çox qola "Qarabağ"ın futbolçuları imza atıblar. Bunlar Almeyda və Kintana ilə yanaşı, Muarem Muarem, Leroy Corc, Vüqar Nadirov, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Samuel Armenteros, Dino Ndlovu və Reynaldo Silvadır. Rəşad Sadiqovla Flavinyo "Neftçi"də, Baqali Dabo, Sergey Zenyov və Filip Ozobiç "Qəbələ"də fərqləniblər.
Klublarımızın son qolu 2012-ci ildən təmsil olunduğu, 4-cü mövsümünü keçirdiyi qrupda yubiley - 25-ci olub. Onun müəllifi Reynaldo Silva olub. "Qarabağ”ın braziliyalı hücumçusu "Fiorentina” ilə oyunun 73-cü dəqiqəsində hesabı 1:1 edərək fərqlənib. Bu, Reynaldonin qrupda ilk qolu olub. O, avrokuboklarda sonuncu dəfə bu ilin iyulunda Çempionlar Liqasında "Düdelanj”la Lüksemburqda 1:1 hesabı ilə nəticələnən cavab matçında fərqlənmiçdi. Silvanın bunadək "Qarabağ”ın heyətində bütün qolları təsnifat mərhələsinə təsadüf edib.
Beləliklə, Avroliqada qrupda 25 qol 19 futbolçunun payna düşür. Onlardan çoxu - 14-ü legioner, 5-i yerli futbolçudur.