1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"də "Zirə" öncəsi ciddi itkilər
"Neftçi" klubunun zədəli futbolçusu Cavid İmamverdiyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Zirə" ilə ilk oyununu buraxacağı gözlənilir. Sportnet.az-ın məlumatına görə, sağ ayaq baldırından müalicəsini davam etdirən yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının AZAL-la oyununa qədər hazır olacaq.
Topuğundakı zədəsini müalicə etdirən müdafiəçi Mahir Şükürov da "Zirə" ilə ilk oyunu buraxacaq. O da komanda yoldaşı kimi AZAL-la oyuna qədər hazır olmalıdır. "Zirə" ilə oyunu buraxacaq futbolçuların siyahısında Araz Abdullayevin də adı var. Komandanın kapitanı sağ ayaq baldırından müalicə olunur. O, AZAL-la oyuna hazırlığı davam etdirəcək.
Sol ayaq baldırındakı zədədən müalicə olunmuş futbolçu Jonas Pessalli "Zirə"yə qarşı çıxış edə biləcək. Digər zədəli futbolçu Məqsəd İsayev sol ayaq baldırındakı zədədən müalicə olunur. Onun "Zirə" ilə oyunda iştirak edib-etməyəcəyi sual altındadır.