1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Kəpəz"in futbolçusu: "Məqsədimiz daha irəli getməkdir"
"Aydın məsələdir ki, əvvəlki mərhələdən fərqli "İnter"lə oyunumuz daha gərgin keçəcək. Oyuna da yaxşı hazırlaşmışıq". Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tural Nərimanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter"lə keçiriləcək ilk oyunundan öncə klub saytına açıqlamasında deyib.
O, cütün taleyinə Gəncədə aydınlıq gələcəyini bildirib: "Bu mərhələdə cütün taleyini bir yox, iki matç müəyyənləşdirəcək. İlk görüşdə bizə sərf edən nəticəni qazanmağa çalışacağıq ki, evdə daha rahat oynayaq. "İnter” ilə çempionatda həm səfərdə, həm də evdə heç-heçə oynamışıq. Fikrimcə, cütün taleyi Gəncədə həll olunacaq. Bu mərhələni də adlamağa çalışacağıq. Əslində ötən mövsüm də kubokda iddialı idik. Amma gözləmədiymiz halda "Xəzər Lənkəran”a səfərdə uduzduq. Məqsədimiz indi daha irəli getməkdir".