1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycanda ilin ən yaxşı baş məşqçisi müəyyənləşdi
Azərbaycanda ilin ən yaxşı məşqçisinin adına aydınlıq gəlib. Sportnet.az-ın məlumatına görə, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.
Səsvermədə 64 mətbuat orqanından 70 jurnalist iştirak edib.
47 səs toplayan Qurbanov 7-ci dəfə ilin ən yaxşı məşqçisi seçilib. 44 yaşlı mütəxəssisin əsas rəqibi, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki 16 səs toplayıb. "Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk 4, "Kəpəz”in baş məşqçisi Şahin Diniyev 2, "Zirə”nin çalışdırıcısı Adil Şükürov isə cəmi 1 səs qazanıb.
Qurban Qurbanov 2016-cı ildə "Qarabağ”a ardıcıl 3-cü dəfə Azərbaycan çempionluğunu, 2-ci dəfə isə ölkə kubokunu qazandırıb. "Köhlən atlar” Qurbanovun rəhbərliyi altında ardıcıl 3-cü mövsümdə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.