1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yenə kubok, yenə Abdullayev və "Neftçi"dən iki ilk birdən
"Neftçi" cari mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Sportnet.az-ın məlumatına görə, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Zirə" ilə səfər matçında reallaşıb. "Ağ-qaralar" rəqibinə ilk oyunda 3:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni böyük ölçüdə təmin edib.
Bununla da komanda iki ilkə birdən imza atıb. Məsələ ondadır ki, "Neftçi" "Zirə"ni həm tarixində ilk dəfə məğlub edib (7-ci görüşdə), həm də hazırkı baş məşqçisi Elxan Abdullayevin rəhbərliyi altında meydanı ilk dəfə böyükhesablı qələbə ilə tərk edib.
"Ağ-qaralar" sonuncu dəfə belə qələbəni ötən mövsüm məhz ölkə kubokunda qazanmışdı. Bu, 1/8 final mərhələsində I divizion təmsilçisi "Qaradağ-Lökbatan"ı "Bakcell Arena"da 8:0 hesabı ilə yendiyi matçdır. Onda komandanın baş məşqçisi Əsgər Abdullayev idi. Həmin oyunun dekabrın 2-də keçirildiyini nəzərə alsaq, çempionatda "Neftçi" 377 gündən sonra böyükhesablı qələbəyə sevinib. Premyer Liqanın autsayderlərindən olan "ağ-qaralar"ın çempionatda belə inamlı qələbə həsrəti isə daha uzun müddətdir davam edir.