"Neftçi" klubu daha bir legioneri ilə müqaviləyə xitam verib. Sportnet.az-ın məlumatına görə, paytaxt təmsilçisi Vançe Şıkovla yollarını ayırıb.
Makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Mövsümün əvvəlində transfer edilmiş futbolçu "Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.
Qeyd edək ki, klub buna qədər Denilson Pereyra, Dario Melnyak və Katalin Tira ilə də yollarını ayırıb.