
"Neftçi” klubu Nikolas Kanalesin transferini rəsmiləşdirib. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, çilili hüçumçu ilə 1+1 illik müqavilə imzalanıb.
29 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində yenə 11 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 2012-2013 mövsümündə də "Neftçi" çıxış etmiş Nikolas Kanales 31 oyuna 26 qol vurub.