1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Ronaldu futboldakı yeniliyə "yox" deyir
Bu il dünyanın ən yaxşı futbolçusu seçilən Kriştianu Ronaldu futbolda yeni tətbiq olunan videotəkrara münasibətini bildirib. Sportnet.az-ın məlumatına görə, "Real Madrid"in 31 yaşlı portuqaliyalı hücumçusu iştirak etdiyi klublarası dünya çempionatında istifadə olunan bu praktikanı kəskin tənqid edib: "Televiziya futbolda işləmir. Videotexnologiya və futbol bir araya gəlmir".
Madrid təmsilçisi "Amerika"ya yarımfinalda 2:0 hesabı ilə qalib gəldiyi matçda Ronaldu uzatma dəqiqəqlərində qol vursa da, bu, dərhal sayılmayıb. Hakimlər futbolçunun ofsaydda olduğunu güman etdiklərinə görə videdotəkrardan istifadə edib. Həmin epizodun baxılması zamanı meydanda anlaşılmaz vəziyyət yaranıb. Çünki hər iki komanda hakimin yekun qərarını gözləmək məcburiyyətində qalıb.
Bu epizod həmin yarışda videotəkrar sisteminin tətbiq olunduğu 2-ci hal olub. İlk dəfə baş hakim cərimə meydanında qayda pozuntsunu bu yolla dəqiq müəyyənləşdirikdən sonra penalti təyin edib.
Xatırladaq ki, bütün turnirlərdə məğlubiyyətsiz oyunlar seriyasını 36 matça çatdıran Madrid təmsilçisi dekabrın 18-də finalda Yaponiyanın "Kasuma Antlers" klubu ilə üzləşəcək.