1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Yığmanın futbolçusundan dopinq çıxdı
İdman Arbitraj Məhkəməsi Səudiyyə Ərəbistan yığmasının sabiq futbolçusu Mohammed Nuru 4 il müddətinə futboldan uzaqlaşdırıb. Sportnet.az-ın məlumatına görə, səbəb Nurun qadağan olunmuş preparatlardan istifadə etməsidir.
Ötən ay futbolçunun orqanizmində amfetamin maddəsi aşkarlanıb. İlk olaraq 38 yaşlı yarımmüdafiəçiyə dopinqə görə 4 aylıq cəza verilsə də, FİFA bununla razılaşmayıb və cəzasının sərtləşdirilməsini istəyib. Nəticədə Nura 4 illik cəza verilib. Amma futbolçu cəzayadək - bu ilin yayında karyerasını başa vurub.
Qeyd edək ki, Məhəmməd Nur 1999 - 2012 illərində yığmada 96 oyun keçirib. O, karyerası ərzində "Əl-İttihad" və "Əl-Nəsri" klublarının formasını geyinib.